“Google” şirkətinin sayəsində “Uber”in sürücüsüz avtomobil çıxarması qadağan edilə bilər. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, “Google” şirkətinin məhkəməyə təqdim etdiyi yeni sübutlar nəticəsində “Uber”-in sürücüsüz avtomobil istehsalı qadağan edilə bilər. Belə ki, ilk əvvəl “Google”un məsələylə bağlı qeyri-kafi dəlillər təqdim etdiyi haqqında məlumatlar yayılsa da, artıq adı çəkilən şirkətin yeni dəlillər təqdim etdiyi bildirilir. Şirkətin təqdim edilən dəlillərdə "Google" Təhlükəsizlik Xidməti əməkdaşı olan Gary Brownun andlı ifadəsi və “Uber”in "Google"dən oğurladığı bəzi materialları avtonom vasitələrində istifadəsi ilə bağlı faktların olduğu bildirilir.
Qeyd edək ki, məhkəmə “ Google”un təqdim etdiyi dəlilləri təsdiq edəcəyi təqdirdə “Uber”-in avtonom vasitə istehsalına ciddi qadağalar qoyulması gözlənilir.
Aida İSAQ