Rusiyanın hərbi aktivliyini artırması ilə bağlı Qərb mətbuatında həyəcanlı məlumatlar yer alır.
Rusiya “Orta və kiçikmənzilli raketlərin ləğvi” haqqındakı müqaviləni pozmaq üçün qanadlı raketlərin iki gizli divizionunu açıb”.
Bu haqda məşhur “New York Times” nəşri yazıb.
Bildirilir ki, ABŞ Rusiyaya qarşı hərbi və diplomatik yollarla təzyiq etməsə, reaksiyalar verməlidir.
Ekspert çevrələri hesab edir ki, ilk növbədə Moskvanın bu müqaviləni pozmaq səbəbi aydınlaşdırılmalıdır.
Bəllidir ki, Vladimir Putin Çinin artan gücü səbəbindən bu müqaviləyə məhəl qoymamağa qərar veribBundan başqa müqavilənin şərtlərinin pozulması Putinin uzunmüddətli hədəfinə yardım edir və burada məqsəd NATO-nun zəiflədilməsidir.
Modern.az saytının məlumatına görə, ABŞ-ın nüfuzlu “The National İnterest” nəşri isə yazıb ki, Şərqi Asiyada Amerikanı hədələyən Çin raket divizionları Rusiyanın şərqindəki hədəflərə doğru da tuşlana bilər.
Rusiya hərbi doktrinasının analizləri isə onu göstərir ki, hərbi komandanlıq qanadlı raketləri müasir müharibənin ən əhəmiyyətli silahı hesab edirlər.
Bununla yanaşı, Rusiya asimmetrik nüvə vasitələrinin yaradılmasına cəhd edir. Qanadlı raketləri isə nüvə başlıqları ilə təchiz etmək olur ki, bu da daha təhlükəlidir.
Kremlin Suriya münaqişəsində iştirakı Rusiyaya imkan yaratdı ki, o, qanadlı raketlərin effektivliyini yoxlasın (2015-ci ildə). Bu, böyük məsafədən hədəflərin məhv edilməsi baxımından Rusiyanın potensialını nümayiş etdirdi.
Qəzet yazıb ki, Rusiya böyük ehtimalla Yaxın Şərqdəki qarmaqarışıqlığı nəzərə alaraq yenidən qanadlı raketləri işə sala bilər. Bu dəfə isə Rusiyanın hədəf seçdiyi koordinatlar Suriya ilə yanaşı, həm də postsovet məkanı ola bilər.
“Bundan başqa postsovet ölkələrində - xüsusilə əhalisinin böyük əksəriyyəti müsəlman ölkələrində -Moskvaya qarşı narazılıqlar güclənir.
Bu baxımdan qanadlı raketlər Mərkəzi Asiyada da istifadə edilə bilər. Avropa məkanında Rusiyanın belə bir addım atma riski isə NATO daxilində siyasi fikir ayrılıqlarının güclənməsinə gətirib çıxarır”-deyə yazılıb.
Təsadüfi deyil ki, Rusiya özü də Avropanın hərbiləşdirilməsinə hazırlığı barədə siqnallar verməkdədir. Ən diqqətəlayiq məsələ isə budur ki, Almaniya hərbiləşdirilməyə qarşı çıxır və qitədə nüvə silahının ləğv olunmasına təkid edir.
Aqşin KƏRİMOV