Ermənistanda keçirilən “Valday” disskusiya klubunda çıxış edən rusiyalı politoloqlar Qarabağ münaqişəsinə toxunublar.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Şərqşünaslıq İnstitunun rəhbəri, akademik Vitali Naumkin Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərinə toxunub.
“Heç kim inkar edə bilməz ki, Rusiya Ermənistan üçün əsas silah tədarükçüsüdür. Rusiya imkan verməz ki, Ermənistana kimsə hücum etsin yaxud zərər versin. Kim də hücum etsə, Moskva Yerevanın müdafiəsində iştirak edəcək. Bu aydın məsələdir. İkincisi, Moskva enerji resursları satır. Bu istənilən hərbi məsələni mümkünsüz edir”.
Rusiyanın Azərbaycana silah satmasını bazar qanunu adlandıran Naumov əks halda, Bakının başqa ölkələrdən də silah ala biləcəyini deyib. Politoloq Kremlin hər iki ölkə ilə balanslı münasibət saxlamaq istədiyini vurğulayıb.
Vüqar İSMAYILOV