Modern.az

Ərdoğan Hollandiyanı “banan respublikası” adlandırdı

Ərdoğan Hollandiyanı “banan respublikası” adlandırdı

12 Mart 2017, 22:07

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hollandiyanı “banan respublikası” adlandırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Kocaeli şəhərində keçirilən tədbirdə deyib.

 

“Hollandiya özünü banana respublikası kimi aparır” – deyə ölkə başçısı deyib.

Bundan öncə, Ərdoğan opponentlərini faşist adlandırmışdı.

 

Qalmaqal Türkiyənin ailə işləri üzrə naziri Fatma Batyülün Rotterdamda saxlanılması və Almaniyaya geri qaytarılması olmuşdu. Aprelin 16-da keçiriləcək referendum dəyişikliyi üçün Avropada yaşayan həmvətənləri ilə seçiqabağı görüşlər keçirmək istəyən rəsmi Ankara Avstriya, Almaniya və Hollandiya ilə münaqişə yaşayıb.

 

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu