Modern.az

Tovuzda əri ilə dalaşan 17 yaşlı qız intihara cəhd etdi

Tovuzda əri ilə dalaşan 17 yaşlı qız intihara cəhd etdi

13 Mart 2017, 21:02

Tovuz rayonunda zəhərlənmə hadisəsi olub. Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Qovlar şəhərinin sakini, 17 yaşlı Ülviyyə Mübarizqızı sirkə turşusu zəhərlənməsi əlaməti ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, yenicə ailə quran Ü.Mübarizqızı ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza