Modern.az

Polşalı mer UNEC-də olub

 Polşalı mer UNEC-də olub

14 Mart 2017, 15:03

Bakıda səfərdə olan Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun meri Burmistri Tomaş Kuxarskinin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

 

Qonaqlar UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH qrupları, UNEC Biznes Məktəbi, İnnovativ Biznes İnkubatoru, kitabxana, Radio UNEC və UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Abidə ilə tanış olublar.

 

UNEC-in rektoru, professor Ədalət Muradov qonaqlara Cənubi Qafqazın ən böyük iqtisadyünümlü universiteti barədə ətraflı məlumat verib. İqtisad Universitetinin beynəlxalq əlaqələrindən söz açaraq, UNEC-in Polşa universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

 

Qonaqlar Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirərək, burada olmaqdan məmnun qaldıqlarını bildiriblər. Bu ölkə ilə, xüsusi ilə UNEC-lə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə önəm verdiklərini vurğulayıblar.

 

Modern.az 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza