Deputat İlham Məmmədov İslamabadda Asiya Parlament Assembleyasının iclasında iştirak edir.
Modern.az xəbər verir ki, bu barədə deputat İlham Məmmədov məlumat verib.
Deputat deyib ki, Pakistan Azərbaycana yaxın dövlətdir. Həmçinin Pakistan Milli Assembelyada və senatı Xocalı soyqırımını tanıyıb. Məhz bu layihənin müəllifi və təşəbbüskarı Pakistan dövlətidir.
Deputat bildirib ki, iclasın keçirilməsində əsas məqsəd Asiya Parlamentinin yaradılmasıdır. Ancaq hələ ki, bunun necə bir qurum ola biləcəyi və nələri edəcəyi barədə müzakirələr aparılır.
İclasın gündəliyinə 6 məsələ daxildir. Bunlar aşağıdakılardır:
1.Gündəliyin təsdiqi;
2.Büronun seçilməsi;
3. Qurumun Baş katibinin hesabatı;
4. Pakistan Senatının sədri, qurumun vitse-prezidenti, Mian Raza Rabbaninin giriş nitqi;
5. Asiya Parlamentinin yaradılmasının müzakirə edilməsi;
6. Sədrin razılığı ilə digər məsələlər;
Mirmahmud KAZIMOĞLU