Modern.az

“Azərbaycan Beynəlxalq Bankı-Moskva”da yeni rəhbər təyinatı

“Azərbaycan Beynəlxalq Bankı-Moskva”da yeni rəhbər təyinatı

14 Mart 2017, 16:49

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı – Moskva”nın Müşahidə Şurasının rəhbərliyində dəyişiklik olub.

Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Müşahidə Şurasının sədri vəzifəsinə Zaur Fəxrəddin oğlu Qaraisayev təyin edilib. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Zaur Qaraisayev bank sektorunda 1998-ci ildən fəaliyyət göstərir. 2017-ci ilə qədər “Bank of Baku” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bu ilin yanvarından “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müşaviridir.

 

Daha bir dəyişikliklə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Aqşin Zəkəray oğu Əmirov "ABB-Moskva"nın Müşahidə Şurasının üzvü təyin edilib.

"ABB-Moskva" Bankı 2002-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə yaradılıb və universal kommersiya bankı kimi fəaliyyət göstərir. Bankın səhmləri Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza