Modern.az

“Qaçqınkom”dan AÇIQLAMA: “Həbs olunan bizim əməkdaş deyil”

“Qaçqınkom”dan AÇIQLAMA: “Həbs olunan bizim əməkdaş deyil”

14 Mart 2017, 18:36

Bu gün bəzi KİV-lərdə "Qaçqınkom"un ev vermək adı ilə köçkünlərin pulunu mənimsəyən vəzifəli şəxsinin məhkəməsi başlayıb” başlıqlı məqalə dərc olunub.

 

Məlumatda qeyd edilib ki, ötən ilin martında Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakişi Behbudov, Yaqub Qarayev, Kamal Qasımov və digərlərinə qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ümumilikdə 30 nəfəri aldadaraq onlardan 139 000 manat alması müəyyən edilib. O, həmin şəxslərə Qaradağ rayonu “Ümid” qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini deyib. Bu yolla, onların adını siyahıya salmaq üçün külli miqdarda pul alaraq, dələduzluq edib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda isə bildirilib ki, komitənin strukturunda  bu adda əməkdaş olmayıb.

“Komitədə heç zaman Gülnarə Muxtarova adlı əməkdaş çalışmayıb”.

 

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza