Modern.az

Baş məşqçi tərcüməçi ilə yollarını ayırdı

Baş məşqçi tərcüməçi ilə yollarını ayırdı

14 Mart 2017, 23:04

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin ünvanına hörmətsizlik nümayiş etdirən tərcüməçi Əfqan Xəlilovla yollarını ayırıb. Modern.az xəbər verir ki, Əfqan Xəlilov sosial şəbəkə hesabında futbolçu Miçel Madera ilə mətbuat konfransında çəkilmiş şəklini paylaşaraq yazmışdı: “Növbəti axmaq sualı gözləyərkən, mən”.

Sonradan mediada bununla bağlı müzakirələr getmişdi.

Məsələyə münasibət bildirən Qurban Qurbanov isə hər kəsin öz işi ilə məşğul olmasının tərəfdarı olduğunu bildirib: “Məsələdən xəbərim var. Mən gördüm ki, bu haqda nələr yazırlar. Xoşagəlməz alındı. Elə təəssürat yarandı ki, bu, "Qarabağ" futbol klubunun fikiridir. Mən onu klubdan çıxardım. Məşqçinin, jurnalistin və rəqiblərin işlərinə qarışmaq olmaz. Nə qədər ki, mən "Qarabağ"dayam, heç kim başqasını sancmamalı, onda səhvlər axtarmamalıdır.

 

Əfqanın işindən həddindən artıq razı idim. Bütün sözləri futbolçulara dediyim kimi çatdırırdı. Yaxşı bir işçini itirdik. Amma mənim qoyduğum qaydalar var, buna riayət etmək lazımdır”.

 

Qeyd edək ki, Əfqan Xəlilov Azərbaycan dilindən başqa ispan, portuqal, ingilis və rus dillərini də bilir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza