Modern.az

Qarabağ separatçıları beynəlxalq gözəllik yarışında təmsil olunacaq - TƏXRİBAT

Qarabağ separatçıları beynəlxalq gözəllik yarışında təmsil olunacaq - TƏXRİBAT

15 Mart 2017, 12:34

İspaniyada keçiriləcək beynəlxalq gözəllik yarışmasında Dağlıq Qarabağdakı separatçı rejim müstəqil dövlət kimi təmsil olunacaq.

 

Modern.az xəbər verir ki,  “Costa Blanca Fashion Week-International Best Male and Female World-2017” festivalında erməni fotomodel Şuşan Yeritsyan “Dağlıq Qarabağ Respublikası”nı təmsil edəcək. O bu barədə öz Facebook səhifəsində məlumat verib və müvafiq şəkil yerləşdirib.

 

Xatırladaq ki, Costa Blanca Fashion Week-International Best Male and Female World-2017” festivalı 5-15 may tarixlərində keçiriləcək.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza