Modern.az

Bakıdakı “Xruşovka”ların söküntüsünə bu il başlanacaq

Bakıdakı “Xruşovka”ların söküntüsünə bu il başlanacaq

15 Mart 2017, 13:17

İlkin olaraq bir neçə mövcud 5 mərtəbəli yaşayış binasının söküntüsü, əhalinin köçürülməsi və yerlərin tikinti üçün hazırlanması nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini  Elxan Əsədov deyib.

 

O bildirib ki, Bakıdakı 1-ci mikrorayonda “Xruşovka” tipli binaların söküntü işlərinə bu il ərzində başlanacaq: 

“sökülən binaların yerində bir neçə 20 mərtəbəli yaşayış evi tikiləcək. 29 hektardan ibarət ərazidə 29 ədəd 5 mərtəbəli, 4 ədəd 9 mərtəbəli və iri panellərdən tikilmiş binalar var. Həmçinin, ərazidə sürüşmə üsulu ilə tikilmiş 16 mərtəbəli monolit bina yerləşir. Hələlik həmin bina ilə bağlı qərar verməmişik.

Bundan başqa, mikrorayonda 6 ədəd 10-12, 10-17 mərtəbəli binalar tikilib. Onlara toxunulmayacaq”.

E.Əsədov qeyd edib ki, ilkin araşdırmalara görə 1729 ailə köçürüləcək.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza