"1-ci mikrorayonda başlanacaq layihənin 3 il ərzində yekunlaşdırılması planlaşdırılır”.
Modern.az xəbər verir ki, bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
O deyib ki, layihənin icrasında iştirak edəcək şirkətlərə bütün məsələlərdə güzəştlər tətbiq olunacaq:
“Əraziyə lazım olan su, elektrik, telefon, kanalizasiya və kommunikasiya xətləri dövlət tərəfindən çəkilib, tikinti ərazisinə qədər gətiriləcək. Dövlət bu sahədə bütün problemləri öz üzərinə götürəcək”.
E.Əsədov qeyd edib ki, ərazidə 20 mərtəbəli binaların inşasından sonra növbəti mərhələlərdə 30 və 35 mərtəbəli yaşayış binalarının da inşası nəzərdə tutulur:
"Bu proses növbəti mərhələlərdə həyata keçiriləcək. Yaşayış binalarında mənzillərin qiymətləri nisbətən aşağı nəzərdə tutulub ki, əhali həmin binalardan mənzil ala bilsin. Binaların tikintisi üçün şirkətlər arasında tender elan ediləcək".
Gülşən RAUFQIZI