Dünya üzrə məşhur rep ulduzu Snoop Doggun son klipində canlandırılan Trump obrazı ABŞ prezidentinin diqqətini çəkib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, klipdə kloun rolunda çıxış edərək Trumpun başına silah söykəyən Snoop Doggun həbsxanaya girməsi haqqında xəbərlər yayılıb.
ABŞ prezidenti şəxsi “Twitter” hesabından məsələ ilə bağlı bu cür şərh verib:
"Karyerası enişə doğru gedən Snoop Dogg prezident Obamaya silah istiqamətləndirib atəş açmış olsaydı baş verəcək hay- küyü xəyal edə bilirsinizmi? Həbs zamanı!"
Trumpun vəkili Michael Cohen isə Snoop Doggun prezident mövqeyinə hörmət göstərməyi öyrənməsini və Trumpdan üzr istəməyinin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Snoop Doggun sözü gedən klipində Trumpu canlandıran kloun rolundakı obrazın başına silah tuşlanır və silahdan atəş açıldıqda isə üzərində “BANG” yazılan bir bayraq çıxır.
Aida İSAQ