Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov aprelin sonunda Litvaya səfər edəcək. Modern.az xəbər verir ki, Litvanın xarici işlər nazirliyinin məlumatına görə, səfər Litva xarici işlər nazirinin dəvəti əsasında həyata keçiriləcək.
Vilnüsdə keçiriləcək görüş zamanı Azərbaycan ilə Litva arasında əlaqələrin genişləndirilməsi daxil olmaqla müxtəlif məsələlər müzakirə olunacaq.
Modern.az