Modern.az

“Bakı Metropoliteni” tüstülənmənin səbəbini açıqladı

“Bakı Metropoliteni” tüstülənmənin səbəbini açıqladı

15 Mart 2017, 22:43

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti martın 15-i axşam saatlarında metro tunelində baş vermiş tüstülənmənin səbəbini açıqlayıb. Modern.az xəbər verir ki, qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin sözlərinə görə, bu gün təxminən saat 20 radələrində metronun “28 May” və “Gənclik” stansiyaları arasındakı tuneldə tüstülənmə müşahidə edilib: “Həm sərnişinlərin stansiyaya daxil olmasında, həm də qatarların hərəkətində qısamüddətli fasilə yaranıb. Əməkdaşlarımız hadisənin səbəbini aydınlaşdırmaq üçün tunelə düşdülər. Aydın oldu ki, tuneldəki naqillərdə qısaqapanma nəticəsində qızma olub və onların izolyasiya hissəsi əriyib. Bu səbəbdən tüstülənmə yaranıb. Tüstü həm “Gənclik”, həm də “28 May” stansiyasında müşahidə edilib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına və təcili tibbi yardım xidmətinə məlumat verilib. Sərnişinlərin sağlamlığı üçün heş bir təhlükə yaranmayıb. Yalnız bir neçə nəfər tüstü nəticəsində özünü pis hiss edib və onlara hadisə yerində ilkin tibbi yardım göstərilib. Hazırda metro normal rejimdə çalışır". 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza