Modern.az

Əmisi arvadını torpaq mübahisəsinə görə döydü

Əmisi arvadını torpaq mübahisəsinə görə döydü

16 Mart 2017, 00:02

Şəmkirdə qohumlar arasında torpaq sahəsi üstündə düşən davada qadın döyülüb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.

Kənd sakini Anar Namazovla əmisi arvadı Minarə Namazova arasında torpaq sahəsi üstündə mübahisə yaranıb. Bu zaman A.Namazov qadını döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Yaralı qadın yaxınlarının köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən M.Namazovanın vəziyyəti orta-ağırdır. Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza