Modern.az

Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli oldu

Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli oldu

Aktual

16 Mart 2017, 09:06

Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Modern.az xəbər verir ki, dah iki cavab oyunu ilə 1/4 final mərhələsinin sonuncu iki iştirakçısı bəlli olub.

"Monako" Fransada "Mançester Siti"ni qəbul edib. İngiltərədə keçirilən ilk görüşdə 5:3 hesablı qələbə qazanan "Mançester Siti" "Monako"ya 1:3 hesab ilə uduzub. Ümumi nəticə 5:5 olsa da, səfərdə daha çox qol vuran Fransa təmsilçisi 1/4 finala adlayıb.

Digər görüşdə isə "Atletiko" "Bayer Leverkuzen"i qəbul edib. Səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn Madrid klubu adını 1/4 finala yazdırıb.

Çempionlar Liqası 

1/8 final mərhələsi, cavab oyunları

“Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə) 3:1
İlk oyun
- 3:5

“Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya) 0:0
İlk oyun
- 4:2


“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 1:5
İlk oyun
- 1:5

“Napoli” (İtaliya) - “Real” (İspaniya) - 1:3
İlk oyun
- 1:3


“Barselona” (İspaniya) -
PSJ (Fransa) 6:1
İlk oyun
- 0:4

“Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya) 4:0
İlk oyun
- 0:1


“Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya) - 1:0
İlk oyun
- 2:0

“Lester” (İngiltərə) - “Sevilya” (İspaniya) - 2:0
İlk oyun
- 1:2

Növbəti mərhələnin püşkü martın 17-də atılacaq.  


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza