Modern.az

Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda - FOTO 

Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda - FOTO 

Aktual

16 Mart 2017, 11:17

Makedoniya Respublikasının birinci xanımı Maya İvanova Azərbaycan Xalça Muzeyinin qonağı olub. Modern.az xəbər verir ki, muzeyin direktoru Şirin Məlikova xanım İvanovanı Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə tanış edib.

 Məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

 Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu ali qonaqda xoş təəssürat yaradıb.


 Sonda muzeyin yeni nəşri olan, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri” kitabı qonağa hədiyyə olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza