Modern.az

“Məqsədimiz avropalı deputatlara çatdırıldı”

“Məqsədimiz avropalı deputatlara çatdırıldı”

Aktual

16 Mart 2017, 14:40

2016-cı ilin dekabrında yaradılan Ermənistan-Azərbaycan sülh platformasına qoşulmaq istəyənlərin sayı çoxalır. Hətta, bu platformaya beynəlxalq diqqət də artırılmaqdadır. Bu yaxınlarda avropalı deputatlar Ermənistan-Azərbaycan Sülh Platformasının üzvləri ilə görüşüb.

 

Milli Məclisin deputatı Rövşən Rzayev Modern.az-a açıqlamasında görüşün detalları barədə danışıb. 

 

“Bu günlərdə avropalı deputatlarla Belçikada görüşümüz oldu. Ermənistan-Azərbaycan Sülh Platformasının məqsədi  avropalı deputatlara çatdırıldı. Niyyətimiz barədə məlumatlar verdik. Platformanın məqsədi daha aydın onlara çatdırıldı. Onu da deyim ki, bu Platformaya çox böyük maraq var. Bu istiqamətdə də işlərimizi davam etdiririk”.

 

Deputat, Ermənistan hakimiyyətinin bu Platforma barədə düşüncələrindən də söz açıb.

 

“Ermənistan-Azərbaycan Sülh Platforması sülhə aparan yoldur. Azərbaycan sülh yolu ilə ərazi bütövlüyünü bərpa etməkdə maraqlıdır. Vətəndaş cəmiyyəti qismində itirilmiş münasibətləri bərpa etməkdən ötrü indidən münasibətlərin başlanılmasının böyük töhfəsi ola bilər. Bu istiqamətdə mühüm işlər aparılır.

 

Təbii ki, Ermənistan xalqı bunu dəstəkləyir. Amma Ermənistan hakimiyyəti, separatçı qüvvələr, işğal üzərində hakimiyyəti ələ keçirmiş  insanlar başqa düşüncədədirlər. Düşünürəm ki, Avropanın müxtəlif dövlətilərindən olan  deputatlar sülh uğrunda mövqeyini səsləndirdikcə, biz öz məqsədimizə daha tez nail ola bilərik”.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza