UNEC tələbələri Novruz bayramı münasibəti ilə Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən “Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nı ziyarət ediblər.
Universitetin tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova UNEC rəhbərliyi adından pansionat sakinlərini təbrik edib. Novruz Bayramının qədim tarixindən, ənənlərindən danışıb, xalqımızın bu el şənliyini daima qeyd etməsindən söhbət açıb.
UNEC-də fəaliyyət göstərən “Əlilliyi olan tələbələr üçün mərkəz” barədə məlumat verən S.Qəndilova, universitetdə bu kateqoriayadan olan gənclərə xüsusi diqqətin olduğunu bildirib, onların cəmiyyətə adaptasiyası sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən, bu məqsədlə mərkəz tərəfindən görülən tədbirlərdən danışıb.
İqtisad Universitetinin professor-müəllim heyətinin də qatıldığı Novruz şənliyində UNEC Yaradıcılıq Mərkəzinin üzvləri mahnılar oxuyub, şeirlər səsləndiriblər.
Modern.az