Modern.az

“Dostluq” kinoteatrı söküləcək - Amaliya Pənahovanın teartı oradan çıxarılır

“Dostluq” kinoteatrı söküləcək - Amaliya Pənahovanın teartı oradan çıxarılır

Aktual

16 Mart 2017, 17:33

Bakının Nəsimi rayonu ərazisində yerləçən “Dostluq” kinoteatrının sökülərək yerində çoxmərtəbəli binanın tikiləcəyi barədə xəbər yayılıb.

Kinoteatr binasında yerləşən Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahova saytımıza açıqlamasında deyib ki, hələ ki onlara çıxmaq üçün rəsmi müraciət olunmayıb.

“Teatrımızın binadan çıxarılma təhlükəsi var. Amma konkret olaraq binadan çıxarılmağımızla bağlı hər hansı rəsmi müraciət daxil olmayıb. Çox güman ki, yaxın vaxtlarda söküləcək”.


Modern.az
saytı xəbəri dəqiqləşdirmək üçün aidiyyatı qurumlardan münasibət öyrənməyə çalışıb.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri  Yusif Şeyxov deyib ki, “Dostluq” kinoteatrının taleyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi məşğuldur.

““Dostluq”  kinoteatrının taleyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi məşğuldur. Ona görə də kinoteatrın sökülüb yerində bina tikilməsi barədə məlumatımız yoxdur”.

Əmlak Məsələləri Dövlət Komitəsi isə ərazidə heç bir söküntü halının olmadığını deyib.

“Dostluq” kinoteatrının sökülməsi xəbəri yalandır. Heç bir iş aparılmır. Yaxın vaxtda da kinoteatrın sökülməsi gözlənilmir”.


Rəsmi qurumların əksinə olaraq, qeyri-rəsmi mənbələr “Dostluq” kinoteatrının söküləcəyinin gözlənilən olduğunu bildirir...



Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza