Modern.az

Qadın özünü bıçaqladı

Qadın özünü bıçaqladı

16 Mart 2017, 23:54

Zaqatalada 57 yaşlı qadın intihara cəhd edib. Modern.az xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Rayonun Əliabad qəsəbə sakini, 1960-cı il təvəllüdlü Sənəm İsrafil qızı Əliyeva qarın boşluğunun kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, son zamanlar əsəb xəstəliyindən əziyyət çəkən 57 yaşlı S. Əliyeva intihar etmək məqsədi ilə kəsici alətlə özünə xəsarət yetirib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza