Modern.az

Ötən il istehlak kreditləri 2 milyard 350 milyon manat azalıb

Ötən il istehlak kreditləri 2 milyard 350 milyon manat azalıb

Aktual

30 Mart 2017, 13:03

Azərbaycanda ötən il istehlak kreditlərinin real azalması 2 milyard 350 milyon manat təşkil edib, 4,2 mlrd. manat istehlak kreditlərinin 1,2 milyard. manatı restrukrizasiya olunub.

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

"Biz vəziyyəti tənzimləməliyik. Borcları birfədəfəlik bağışlamaq olmaz, çünki həmin kreditlərdə insanların əmanətləri var. Kreditlərin qaytarılması depozitlərin qaytarılmasının yeganə mənbəyidir".

R. Aslanlı bildirib ki, 2016-cı ildə istehlak kreditləri 20% azalıb. “Bu, nominal azalmadır. Real azalma isə daha çoxdur. Çünki xarici valyutada istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılmasından əvvəl portfelin yarısı xarici valyutada olub. Real azalma 2,35 mlrd. manat təşkil edib və 4,2 mlrd. manatlıq istehlak kredit portfelinin 1,2 mlrd. manatı restrukrizasiya olunub. Bu, könüllü aparılıb. Hər dəfə banklara izah edirik ki, insanların üzərinə getməklə onlardan heç nə ala bilməyəcəksiz.

“Hər bir bank ictimai etimad və nüfuza əsaslanmalıdır, etimad bərpa olunmalıdır".

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza