Modern.az

“United Credit Bankı”nın ləğv etmə prosesinə başlanacaq

“United Credit Bankı”nın ləğv etmə prosesinə başlanacaq

Aktual

30 Mart 2017, 13:25

“Yaxın vaxtlarda “United Credit Bankı”nın ləğv etmə prosesinə başlanacaq”.

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı məlumat verib. Palata sədri deyib ki, “United Credit Bankı”nın ləğv edilməsi ilə bağlı məhkəmə prosesləri icra olunur.

“Bu həftənin əvvəlində biz məhkəmə qərarını aldıq. Bu proseslər prosessual olaraq uzanırdı. Çünki, bir neçə məhkəmə instansiyasından keçir. Əslinə qalsa, bu məhkəmə sisteminə deyil, məhkəmə prosedurlarına dair olan bir məsələ idi. Hazırda ləğvedici təyin olunmalıdır. Bundan sonra bankda real ləğv etmə prosesinə başlayacağıq. Yəqin ki, gələn həftə biz bu məsələni müzakirə edəcəyik”.

O həmçinin bildirib ki, "Qafqaz İnkişaf Bankı" ASC-də qorunmayan əmanətlərin icrasına isə aprel ayından başlanılması gözlənilir.

 

Mirmahmud Kazımoğlu

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza