Çexiyanın İsveçrə və Lixtenşteyndəki səfiri Karel Boruvka aprel ayının sonuna qədər işi ilə vidalaşacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb səfirin həyat yoldaşı Alena Boruvkanın Tvitter səhifəsində hökumət əleyhinə paylaşımlar etməsi olub.
Məsələ ilə bağlı açıqlama verən səfir bu qərarın qətiyyən doğru olmadığını və həyat yoldaşının istənilən məzmunda paylaşımlar etməyə hüququnun olduğunu bildirib: “Heç bir səbəb göstərilmədən vəzifəmdən ayrılmaq barədə məktub aldım. Xarici işlər naziri ilə yazışmamda həyat yoldaşımın sosial şəbəkədəki fəaliyyətinə diqqət etmədiyimə işarə edildi. Bunun inanılmaz olduğunu düşünürəm. Çexiya diplomatiyasında buna bənzər olaylar yaşanmayıb”.
Modern.az