Ermənistan hakimiyyəti son günlərdə tez-tez Qarabağda yeni müharibə olacağı təqdirdə “İsgəndər” raketlərini tətbiq edəcəklərini deyirdilər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rusiyalı hərbi ekspert Mixail Xodarenok bu məsələyə münasibət bildirib. Onun fikrincə, “İsgəndər” raketlərindən istifadə olunsa, Azərbaycanın buna reaksiyası çox sərt olacaq.
“Əgər Qarabağda müharibə yenidən başlasa və Azərbaycana “İsgəndər”lər uçsa, cavabında rəsmi Bakı quru qoşunları, artilleriya və Hərbi Hava Qüvvələrinin iştirakı ilə qarşılıq verəcək. Bu şəraitdə, hərbi əməliyyatların yalnız Qarabağ yox, Ermənistan ərazisində də keçəcəyi istisan deyil. Müharibə 2016-cı ilin aprelindəki kimi qısa davam edəcək. Döyüşlər Rusiya və digər nüfuzlu ölkələrin iştirakı ilə dayandırılacaq”.
Vüqar İSMAYILOV