Modern.az

Serbiyada prezident seçkiləri keçirilir

Serbiyada prezident seçkiləri keçirilir

Aktual

2 Aprel 2017, 10:19

Serbiyada prezident seçkiləri başlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 09.00) başlayıb, saat 20.00-da (Bakı vaxtı ilə 22.00) başa çatacaq.

 

Serbiya Konstitusiyasına əsasən səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 sutka ərzində açıqlanmalıdır. Seçkilərdə əsas favorit hazırkı baş nazir Aleksandar Vuçiç hesab edilir.

 

Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Dövlət başçısı ölkəni beynəlxalq arenada təmsil edir, parlamentə baş nazirin namizədliyini təqdim edir, səfirləri təyin edir və geri çağırır, əfv sərəncamları imzalayır, Silahlı Qüvvələrin Ali Baş Komandanı sayılır. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza