Türkiyədə partlayış baş verib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Mersin vilayətində baş verib.
Belə ki, naməlum şəxslər polis patrul avtomobilinə partlayıcı maddə atıblar. Partlayış nəticəsində iki polis əməkdaşı xəsarət alıb.
Yaralılar dərhal yaxınlıqda olan xəstəxanaya yerləşdirilib.
Hazırda naməlum şəxslərin axtarışı üzrə geniş əməliyyata başlanılıb.
Mirmahmud KAZIMOĞLU