Modern.az

Azərbaycandan külli miqdarda valyutanın çıxarılmasının qarşısı alındı

Azərbaycandan külli miqdarda valyutanın çıxarılmasının qarşısı alındı

Aktual

3 Aprel 2017, 12:06

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

 

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Tehran aviareysilə getmək istəyən İran vətəndaşı Amirahmadi Mohammadrezanın əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

 

Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Nəticədə, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 172 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 17 200 ABŞ dolları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza