Modern.az

Nestle şirkəti Bakı 2017 Oyunlarının rəsmi dəstəkçisi sıralarına qoşuldu

Nestle şirkəti Bakı 2017 Oyunlarının rəsmi dəstəkçisi sıralarına qoşuldu

3 Aprel 2017, 16:54

Bakı 2017 Islam Həmrəyliyi Oyunları Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Nestlé” Azərbaycan MMC  ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

 

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarından Modern.az-a verilən məlumata görə, imzalanmış müqavilənin şərtlərinə əsasən dünyanın qabaqcıl şirkətlərindən biri olan "Nestle" Bakı 2017 Oyunları zamanı idman yarışlarının keçiriləcəyi məkanlarda idmançı və rəsmiləri KIT-KAT şokoladı, NESTLÉ FITNESS və NESCAFÉ-kofe və qənnadı məmulatları ilə təmin edəcək.

 

Azərbaycan 2017 İslam Həmrəyliyi Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov imzalanma ilə bağlı  bildirib ki, daha bir yüksək profilli beynəlxalq brend  olan Nestlé Bakı 2017 Oyunlarının çox önəmli  təchizatçısı oldu.

“Fürsətdən istifadə edərək Nestle Azərbaycan şirkətinin IV İslam Həmrəyliyi oyunlarının dəstəkçiləri sırasında qoşulması ilə bağlı salamlamaq istərdik və 12 may tarixində başlayacaq Bakı 2017 oyunları zamanı onlarla sıx əməkdaçlıq edəcəyimizə ümid edirik.” 

 

Nestlé Azərbaycan MMC-nin baş direktoru Ceyhun Bəxtiyarlı öz fikirlərini söyləyib:

"Biz Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları ailəsinin bir hissəsi olduğumuza və Azərbaycanda keçiriləcək ən iri idman tədbirinə   dəstək verəcəyimizlə fəxr edirik. Mən inanıram ki, qarşıdan gələn tədbir zamanı bütün beynəlxalq aləmin gözü Bakımızda olacaq və Bakı 2015 Avropa Oyunlarına olduğu  kimi, IV İslam Həmrəyliyi  Oyunlarına da  yüksək səviyyədə ev sahibliyi edəcək.”

Qeyd edək ki, "Nestlé" Azərbaycan şirkəti, iTicket, Fresco, Milla və Red Bull şirkətlərindən sonra Bakı 2017 Oyunlarına qoşulan növbəti rəsmi dəstəkçi oldu. Bakı 2017 Oyunlarının rəsmi tərəfdaşları isə MicroPlus, BP və AZAL şirkətləridir.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza