Modern.az

ANS “2016-cı ilin adamı” adını “APREL ŞƏHİDİ”nə verdi

ANS “2016-cı ilin adamı” adını “APREL ŞƏHİDİ”nə verdi

4 Aprel 2017, 09:50

ANS şirkətlər qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond “2016-cü ilin adamı”nı simvolik olaraq elan edib. Modern.az xəbər verir ki,  ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev “2016-cı ilin adamı”nın “Aprel şəhidi” olduğunu bəyan edib. O, bununla bağlı bildirib:


“Yadımdadır, keçən il bu günlər Mir Şahin, Azər Qarayev, Ramil İbrahimov, Zaur Naibov, ANS-in çəkiliş qrupunun digər üzvləri və Milli Qəhrəman Çingiz Mustafayevin oğlu Fuadla birgə cəbhədən Azərbaycan Ordusunun zəfərləri haqda ANS və xarici TV-yə gündə 10-a yaxın reportaj hazırlayırdıq. Ağır günlər idi... Əsgərlərimiz Vətən uğrunda canlarından keçirdi! Şəhidlik zirvəsinə ucalırdılar...
Allah Rəhmət eləsin - 2016-cı ilin Adamı – “Aprel Şəhidi!”.


ANS şirkətlər qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond “Azərbaycanda ilin adamı mükafatı”nı 2001-ci ildə təsis edib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza