Modern.az

Azərbaycanda “Niva”avtomobilinə maraq niyə artıb...

Azərbaycanda “Niva”avtomobilinə maraq niyə artıb...

4 Aprel 2017, 09:56

Avtomobil insan komfortunun əsas göstəricilərindən sayılır. Bu səbəbdəndir ki, hər zaman insanlarda müxtəlif avtomobil markalarına maraq olub və olmaqda davam edir.
Son vaxtlar müşahidə edilən tendensiyaya görə, Azərbaycanda Rusiya istehsalı olan “Niva”markalı avtomobillərə maraq artıb, maşın bazarında onu alanlar çoxalıb.

Əslində, iqtisadi cəhətdən o qədər də səmərəli olmayan bu avtomobillərə olan maraq nədən doğur?

 

Modern.az-ın sualını əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı cavablandırıb. O deyib ki, Azərbaycanda daim Rusiya istehsalı olan avtomobillərə maraq göstərən insanlar olub:

 

“Təqribən 1-2 il əvvəl “Priora” kimi təqdim olunan avtomobillər var idi. Son 2 ildə isə “Niva”lara olan maraq artıb. Bunun hər hansı iqtisadi səbəbi yoxdur. Bu sırf zövq məsələsidir. Yəni ölkədə bir qrup adamlar var ki, avtomobili zövqlə sürürlər. Bu daim belə olub. Bu gün “Niva” markalı avtonəqliyyat vasitələri dəbə minib. “Niva”lar kifayət qədər dözümlü, komfortlu, funksional nəqliyyat vasitələridir. Bu maşınların yeganə mənfi cəhəti ikiqapılı olmasıdır”.

 

R.Osmanlı bildirir ki, bu avtomobildən istifadə edən qrup əsasən ailəli olmayan gənclərdir:

“Onlar isə bu maşınlardan həm rahatlıq, həm də özlərini göstərmək üçün istifadə edirlər. Hər halda bunun ciddi iqtisadi səbəbi yoxdur. Yəni qiyməti də ucuz deyil ki, bunu səbəb kimi göstərək. “Niva” markalı avtomobillər həm bahalıdır, həm də benzinlə işləyir. Ona görə də marağın artmasının heç bir iqtisadi əsası yoxdur.

Bu gün bazarda daha çox alınan “Niva”lar 2011-2012-ci illərdən bu yana istehsal olunmuş avtonəqliyyat vasitələridir. Qiymətləri 6500 manatdan başlayır, yığılmasından, görünüşündən, sazlıq vəziyyətindən asılı olaraq 15 min manata qədər dəyişir”.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza