Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.
Səfir Neboyşa Rodiç Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə layiq görüldüyü Serbiyanın ali ordenini dövlət başçısına təqdim edib.
Modern.az