Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi Sankt-Peterburqda baş verən terror aktının icraçısının adını rəsmən açıqlayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, terrorçunun şəxsiyyətini bundan öncə, Rusiya kriminalistləri açıqlamışdı.
“Biz təsdiq edirik ki, Sankt-Peterburq metrosundakı partlayışı Qırğızıstanın Oş şəhərində doğulmuş, 1995-ci il təvəllüdlü Əkbərjonom Cəlilov törədib”.
Vüqar İSMAYILOV