Aprelin 3-də Bakıda itkin düşən 11 yaşlı Ağamir Nəcəfi tapılıb. Bu haqda Modern.az-a onun anası Elnarə Məmmədova məlumat verib.
O qeyd edib ki, uşağın atası polis bölməsindədir:
“Polisdən zəng vurub tapıldığını dedilər. İndi atası oradadıdr”.
E.Məmmədova uşağın hansı şəraitdə itdiyini, haradan tapıldığını bilmədiyini deyib.
Qeyd edək ki, 11 yaşlı paytaxtın Nərimanov rayonu Yanvar Nəsirov küçəsi, ev 4 ünvanında yaşayan 11 yaşlı Ağamir Nəcəfi dünən saat 14:00 radələrində evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Gülşən RAUFQIZI