Bu gün saat 11:15-də Bakı metrosunda qatar sərnişini vurub.
Bu haqda Modern.az-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, hadisəyə səbəb sərnişinin təhlükəsizlik xəttini keçməsi olub:
“Rəfiqə Adıgözəlova “20 Yanvar" metrostansiyasında təhlükəsizlik xəttini keçdiyinə görə qatarın güzgüsü ona dəyib. Xəsarət alan sərnişin təcili tibbi yardımla xəstəxanaya çatdırılıb”.
Gülşən RAUFQIZI