Modern.az

Azərbaycana gələn tursitlərin sayı 12 faiz artıb

Azərbaycana gələn tursitlərin sayı 12 faiz artıb

4 Aprel 2017, 15:30

“Son iki ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gələn tursitlərin sayı 12 faiz artıb”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, “ASAN Viza” sisteminin tədbiq edilməsi turizmin inkişafına xeyli təsir göstərib. “Mart ayında isə müəyyən problem özünü büruzə verdi. Gömrük məntəqələrin iş vaxtı 7 saat müəyyənləşib. Lakin turist axının çox olması bəzi problemlərə səbəb olurdu. Onu da qeyd edim ki, ölkədə turizm sahəsində böyük inkişaf gözlənilir”.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza