Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı terrorizmlə mübarizə və Donbasdakı situasiya müzakirə olunub.
Kreml rəhbəri rəsmi Kiyevin elan etdiyi blokadanı dayandırmasını tələb edib.
Vüqar İSMAYILOV