Modern.az

Əhməd bəy Ağaoğlunun qızları Atatürk haqqında - NADİR VİDEO

Əhməd bəy Ağaoğlunun qızları Atatürk haqqında - NADİR VİDEO

Aktual

5 Aprel 2017, 11:45

Türkiyənin dövlət televiziyası TRT 1 arxivindəki nadir görüntüləri paylaşıb. 


Modern.az teleqraf.com-a istinadən xəbər verir ki, TRT Türkiyənin ictimai-siyasi, kültür həyatı ilə əlaqəli olduqca nadir, unudulmuş görüntülərə yenidən həyat qazandırıb. 


TRT arxivində Azərbaycanla bağlı bir neçə video var. 1992-ci ildə keçirilmiş seçkilər, mərhum prezidentlərin çıxışları, Novruz şənlikləri və s. arxiv saytında yayımlanıb. 


Arxivdə Azərbaycan tarixi üçün də önəmli olan iki görüntü var. 


Onlardan biri Azərbaycanın və Türkiyənin tanınmış siyasət və fikir adamı Əhməd bəy Ağaoğlunun qızlarının görüntüləridir. 


1973-cü ildə çəkilmiş, jurnalist Nazmi Kalın təqdimatında olan "Atatürkdən anılar" adlı proqramın 23-cü bölümündə qonaq qismində iştirak edən Sürəyya və Tezer Ağaoğlular Türkiyənin qurucusu Mustafa Kamal Atatürk haqqında xatirələrini danışırlar. 


Ağaoğlu ailəsi ilə bağlı digər video isə Tezer Ağaoğlu (Taşkıran) haqqındadır. 1994-cü ildə çəkilən bu videoda Əhməd bəyin ən kiçik qızı Gültəkin Ağaoğlu, övladları Mete Taşkıran və Suna Güler onun haqqında danışırlar. 
Teleqraf.com hər iki nadir videonu təqdim edir: 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza