Modern.az

Cinayət yolu ilə var-dövlət əldə edənlərin aktivləri xəbərdarlıqsız dondurulacaq  

Cinayət yolu ilə var-dövlət əldə edənlərin aktivləri xəbərdarlıqsız dondurulacaq   

Aktual

5 Aprel 2017, 13:44

Bu gün Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə Komitəsinin iclası keçirilib.

Bu haqda Modern.az-a Milli Məclisdən məlumat verilib.

Parlament sədrinin birinci  müavini, komitə sədri Ziyafət Əsgərov gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.

 

İclasda “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Təklif edilən dəyişiklik “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi  barədə qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

 

Layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların  verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir.

 

İclasda “Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanuna dəyişiklik layihəsinə də baxılıb.

Sənədi şərh edən Z. Əsgərov bildirib ki, qanun layihəsinə bəzi texniki düzəlişlərlə yanaşı yeni 7.11-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyəti  müəyyənləşdiriləcək.

 

Sonra “Cinayət  yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə edilib.

Müzakirə edilən sənədlər mahiyyət baxımından bir-birinə bənzəyir. Bu sənədə edilən dəyişikliklər də korrupsiya ilə mübarizənin gücləndirilməsi və bu sahədə effektivliyin artırılması məqsədi daşıyır. Başqa sözlə, cinayət yolu ilə əldə edilmiş sərvətin, qeyri-leqal qazanılmış var-dövlətin sahiblərinə xəbərdarlıq edilmədən aktivlərin dondurulması nəzərdə tutulur.

 

Müzakirələrdən sonra təqdim olunan sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsinə qərar verilib.

 

Modenr.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza