Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərin məsələsinə baxılıb.
Modern.az xəbər verir ki, namizədlər barədə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.
Deputat qeyd edib ki, İTV-nin Yayım Şurasının üzvlüyünə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, jurnalist Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovun namizədliyi irəli sürülüb.
Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Mirmahmud Kazımoğlu