Modern.az

Milli Məclis kabel televiziyalarının yayımını müzakirə çıxardı

Milli Məclis kabel televiziyalarının yayımını müzakirə çıxardı

Aktual

5 Aprel 2017, 14:53

“Teleradio yayımı sahəsi xüsusi fəaliyyət sahəsidir, ona görə də qanunla tənzimlənməlidir”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N. Məhərrəmli qeyd edib ki,, əvvəllər 40-50 kanala baxmaq mümkün olurdusa, hazırda bu rəqəmə 100-ü ötüb.

“Bu sahə sürətlə inkişaf edir. Ona görə də qanunla tənzimlənməsinə ehtiyac var. Təsəvvür edin, kabel şəbəkəsindən hansısa yerli kanalı çıxarsaq, o kanalın iqtisadi durumu necə olar? Bu baxımdan sahəyə diqqət artırılmalıdır”.

MTRŞ sədri deyib ki, son 1 ildə 15 hüququ şəxs bu yayımla məşğul olmaq üçün MTRŞ-ya müraciət edərək lisenziya alıb.

“Kabel şəbəkəsi yayımı çox byük əhəmiyyət kəsb edirən yeni qanunda dövlət maraqlarının qorunması məsələsi ciddi şəkildə önə çıxır. Bu məsələlər bir-birinə bağlı olan məsələdir. Xarici ölkə kanalarının ölkəmizdə yayımlanması ölkə televiziyların reklamların birbaşa ciddi zərbədir. Bu baxımdan xarici kanalların reklamları məhdudlaşdırılır. Bundan əlavə, xarici kanaların kabel şəbəkəsində yayımı ilə bağlı qeydiyyatdan keçmə məsələsi də var ki, qanun layihəsində bu məsələlərə yer ayrılıb”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib ki, Azərbaycanda kabel şəbəkəsi yayımı qanunla tənzimlənməlidir.

O deyib ki, bu gün Azərbaycanda 17 kabel şəbəkəsi fəaliyyət göstərir və bu sahədə sui-istifadə halları var: "Bu da məsələnin tənzimlənməsini zəruri edir. Bir müddət əvvəl xarici kanalların yerli tezliklərdə yayımlanması dayandırıldıqdan sonra kabel şəbəkəsinin imkanları bir qədər artıb".

R.Hüseynov qeyd edib ki, layihə 17 maddədən ibarət olsa da, kabel şəbəkəsi yayımı ilə bağlı ortaya çıxan bütün məsələlərə cavab verir.

“Kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq qanun layihəsinin 1-ci, ondan istifadə edənlərin marağının təmin edilməsi 2-ci məqsəddir. Bu yayım üçün əlverişli mühit yaratmaq da məqsədlərdən biridir. Bu qanunda sahibkarların, abonentlərin marağını nəzərə almaqla yanaşı, dövlətin və millətimizin marağı da nəzərə alınıb. Layihədə xarici reklam hüdudları da müəyyənləşdirilib”.


Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza