Gürcüstan prezidenti Mixail Saakaşvili Ukrayna prezidentinin Mariya Qaydarı öz köməkçisi təyin etməsinə reaksiya verib. Modern.az xəbər verir ki, Saakaşvili “Facebook” səhifəsində bu təyinatla bağlı öz fikirlərini bölüşüb.
“Burada iki məsələ var. Ya Poroşenko mənim Odessada qeyri-effektiv idarəçi olduğum barədə danışarkən yalan danışırdı ya da ki, mənə zərər vurmaq və komandamdan məhrum etmək üçün siyasət işlədir. O vaxtının çox hissəsini intriqaya sərf edir və buna görə nəticə göz önündədir”.
Vüqar İSMAYILOV