Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tərəflər iki dövlətin silahlı qüvvələri arasında əlaqələrin perspektivlərini müzakirə edib və hərbi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Modern.az