Modern.az

"Qarabağ" və "Qəbələ" finala yüksəldi

"Qarabağ" və "Qəbələ" finala yüksəldi

5 Aprel 2017, 21:56

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Modern.az  xəbər verir ki, bu mərhələnin cavab oyununda ilk finalçının adı Qəbələdə müəyyənləşib. "Qəbələ" komandası doğma meydanda “İnter”i məğlub edib. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn "Qəbələ" bu dəfə 2:0 hesablı qələbəyə sevinib.

İkinci finalçının adı isə paytaxtda müəyyənləşib. “Qarabağ”  “Neftçi” komandası ilə oyunda yaşıl meydandan sülhlə ayrılıb.

Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə qolsuz bərabərliyə razılaşaraq ardıcıl 3-cü dəfə finala çıxıb.

Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza