Modern.az

Şəmkirdə qadın özünü yandırdı

Şəmkirdə qadın özünü yandırdı

5 Aprel 2017, 23:02

Şəmkirdə 38 yaşlı qadın özünü yandırıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şəmkir şəhərində qeydə alınıb.

Rayon sakini 1979-cu il təvəllüdlü Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb. O, əvvəlcə rayon Mərkəzi xəstəxanaya daha sonra Gəncəyə, oradan isə Bakıda olan aidiyyatı üzrə xəstəxanaya aparılıb. Qadının hansı səbəbdən özünü yandırdığı hələ ki, məlum deyil. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza