Modern.az

" Mütləq gedəcəm .... "

" Mütləq gedəcəm .... "

6 Aprel 2017, 00:44

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Modern.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

-Oyun haqqında fikirləriniz...

- Oyuna “2-0” üstün nəticə ilə başladıq. Ancaq çətin keçəcəyini bilirdik. “Neftçi" güclü komandadır. Çünkü hər an nəticəni dəyişə biləcək  futbolçuları var. Çalışırdıq ki, qol buraxmayaq. Ən azından oyunu belə yekunlaşdıraq. Çünkü zədələ futbolçularımız da var idi. Bildiyiniz kimi bu gün fərqli heyətlə meydana daxil olduq. Buna baxmayaraq turu keçən tərəf biz olduq.

 

- "Neftçi" sanki oyunun nəticəsi ilə barışaraq sırf müdafiəyə çəkilmişdi..

-“Neftçi” haqqında bu cür danışmaq istəmirəm. Ancaq ilk hissədə çalışırdılar ki, hesabı açsınlar. Çünki ilk hissədə vurulan qol komanda üçün böyük motivasiya ola bilərdi. Ancaq istifadə edə bilmədilər.

 

- Əvəzlənməyiniz nə ilə bağlı idi?

Məşqçi qərar verdi ki, istirahət etməliyəm. Yəqin ki, son oyunlarla bağlıdır.

 

- Son günlər sizin  “Lokomotiv”ə  keçidinizlə bağlı xəbərlər yayılıb. Rəsmi olaraq belə bir təklif gəlibmi?

-Syominin danışdığını eşitmışəm. Ancaq hələki mənə rəsmi bildiriş gəlməyib. Əgər gəlsə belə yenə də klubumla məsləhətləşib uyğun qərar veriləcək.

 

 - Konkret meneceriniz varmı?

- Bu işlə məşğul olacaq adamım var. Amma klubum olan yerdə menecerin müdaxiləsi düzgün deyil. Klubum nə desə, ona uyğun hərəkət edəcəyik.

 

- Yayda “Qarabağ”la müqaviləniz başa çatacaq. Bəs “Lokomotiv”dən konkret təklif gəlsə, dəyərləndirəcəksiniz?

- Çox istəyərəm. Yəni özüm də bu haqqda düşünmüşəm. Rəsmi bildiriş gəldiyi halda və müqavilə şərtləri məni qane edəcəksə, mütləq gedəcəm. Burada tək maddi tərəfi nəzərdə tutmuram. Həm oynamağım həm orada yaşamağım və digər məsələlər var.

 

-Əsas heyətə düşüb-düşməyəcəyiniz bəlli deyil...

-Ehtiyatda qalmağa da razı olmaram. Rusiyanın ortabab komandalarındandır. Yenə də mənə görə və indiki vəziyyətə görə böyük bir klubdur. Düşünürəm ki, təklif gələcəyi halda məmnuniyyətlə oynaya biləcəyim komandadır.

 

- Başqa təkliflər varmı?

Var, başqa ölkələrdən də var. Ancaq rəsmi deyil deyə mənim üçün hələki əsas “Lokomotiv”dir. Çünkü məşqçisi də mənimlə maraqlandıqlarını açıqlayıb.

 

Aida ISAQ



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza