Modern.az

Zahid Oruc Artur Rasizadə ilə görüşdə nədən danışıb?..

Zahid Oruc Artur Rasizadə ilə görüşdə nədən danışıb?..

6 Aprel 2017, 11:49

“Azərbaycan bölgələrinin mavi yanacaqla təminatında Bərdə rayonu mühüm yer tutur. Son 6 ildə görülən tədbirlərin nəticəsində rayon əhalisinin 98 faizinin evində daimi istilik problemi həllini tapıb. Ölkə başçısının tapşırığı ilə cəbhə xəttinə yaxın ərazilərin infrastruktur quruculuğu və enerji resurslarının təmin olunması hər zaman xüsusi diqqət mərkəzində olub”.

Modern.az xəbər verir ki, bunu Bərdə rayonunun bütün inzibati vahidlərinə qazın verilməsinin başa çatdırlması üçün son 3 kəndin-Ləmbəran, Mollalı və 32-lər kəndlərinin, həmçinin Ağdam yolu üzərində məskunlaşmış 50 ailənin problemlərinin həlli ilə bağlı millət vəkili Zahid Oruc Azərbaycan respublikasının Baş naziri Artur Rasizadə ilə görüşdə deyib.

Deputat qeyd edib ki, ölkə başçısının tapşırığı ilə “Azəriqaz” onun təmsil etdiyi bölgənin problemlərinə daim yüksək həssaslıq göstərib. Bununla bərabər, ötən ildən başlayaraq, investisiya xərclərinin azaldılması səbəbindən həmin kəndlərdə aparılan işlər yarımçıq qalıb.

Zahid Oruc bildirib ki, Baş nazir hər zaman yüksək dövlət əxlaqına malik şəxs kimi Bərdəyə xüsusi həssaslıqla yanaşıb.

“Qaldırılan məsələlərə birbaşa müdaxilə edib və bunu camaatımız da yaxşı bilir. Artur müəllimin şəxsi nümunəsi parlamentlə əməkdaşlıqda xüsusi yer tutur və Baş nazirin bürokratik zirehdən uzaq iş prinsipini ilk növbədə biz öz üzərimizdə hiss edirik”.


Deputat İqtisadiyyat Nazirliyinin də Qarabağ bölgəsi ilə bağlı tədbirlər planını yüksək qiymətləndirib və yaxın vaxtlarda bir neçə açılış mərasimi ilə bağlı Bərdədə olacağını söyləyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza