Modern.az

Nardaranda “Hacı Əbdül”dən silah-sursat tapıldı

Nardaranda “Hacı Əbdül”dən silah-sursat tapıldı

6 Aprel 2017, 13:35

Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən “Hacı Əbdül” hamamına baxış zamanı oradan silah-sursat aşkar edilib.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən “Hacı Əbdül” hamamına baxış zamanı oradan “AKS” markalı silah, 50 ədəd müxtəlif çaplı patron, 1 patron darağı, 4 ədəd “F-1” qumbarası, 2 qumbara alışqanı və dini mərasimlərdə istifadə olunan zəncir aşkar edilərək götürülüb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza